ABŞ İsraili qorumaq üçün milyardlar XƏRCLƏYƏCƏK


ABŞ Müdafiə Nazirliyi İsrailin müntəzəm hərbi əməliyyatları, o cümlədən İranla son silahlı toqquşmalar fonunda ehtiyatların artırılması üçün 3,5 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin aprelində İranın İsrailə hücumunu dəf etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən buraxılan SM-3 tipli raketlərə təxminən 1 milyard dollar xərclənəcək. Hər bir raketin qiyməti 9-12 milyon dollar arasında dəyişir.

Pentaqon həmçinin İran və Yəməndən İsrailə edilən hücumların qarşısını almaq məqsədilə istifadə olunan THAAD raketdən müdafiə sistemlərinin ehtiyatlarını artırmağı nəzərdə tutur. Belə bir sistemin qiyməti təxminən 12,7 milyon dollardır.

Ayrılan vəsaitin bir hissəsi həmçinin radarlara texniki xidmət, hərbi gəmilərin təmiri və döyüş sursatlarının daşınmasına yönəldiləcək. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ