Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - YENİ QANUN


Rusiya Prezidenti Vladimir Putin, xüsusilə ağır cinayət törətmiş şəxslərin əldə etdikləri Rusiya Federasiyası vətəndaşlığından məhrum edilə bilməsi ilə bağlı qanunu imzalayıb.

Turkustan.az xəbər verir ki, yenilik yalnız vətəndaşlıq yolu ilə Rusiya pasportu almış şəxslərə aiddir.

Sənədə əsasən, yetkinlik yaşına çatmayanların öldürülməsi və zorlanması, terror fəaliyyətinin təbliği, terror təşkilatlarında iştirak, habelə Rusiyanın maraqlarına qarşı yönəlmiş xarici dövlətlərlə əməkdaşlıq kimi ağır cinayətlərdə təqsirli bilinən şəxslər vətəndaşlıqdan məhrum edilə bilər.

Təşəbbüs ölkənin təhlükəsizliyini təhdid edən, əxlaqi-hüquqi normaları pozan hərəkətlərə görə məsuliyyəti artırmaq məqsədi daşıyır. /publika.az/


MANŞET XƏBƏRLƏRİ