İtaliyanın baş naziri Meloni İstanbula gəlir


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün saat 14:30-da İstanbulda İtaliyanın baş naziri Corcia Melonini qəbul edəcək.

Turkustan.az xəbər verir ki, görüş İstanbulun tarixi və strateji əhəmiyyətə malik məkanlarından biri olan Dolmabahçe Sarayında baş tutacaq.

Ərdoğan və Meloni arasında keçiriləcək ikitərəfli görüşdə Türkiyə ilə İtaliya arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinin, həmçinin regional və beynəlxalq gündəmin əsas mövzularının müzakirə olunacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ