Rusiya Kiyevə dağıdıcı hücuma başladı: dron və raketlər atılır


Rusiya ordusu Ukraynan;n paytaxtı Kiyevə kütləvi hava hücumlarına başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Life Shot” Telegram kanalı məlumat yayıb.

“İyulun 4-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyevə, o cümlədən Julyanı hava limanına və Vasilkov hərbi aviabazasındakı hava limanına kütləvi hücuma keçib. Ukrayna Dəmir Yolları paytaxtın dəmir yolu infrastrukturuna ziyan dəydiyini bildirib. Eyni zamanda, yerli xəbər portalları Kiyevin cənubunda havanın keyfiyyətinin kəskin şəkildə pisləşdiyini və normadan 16 dəfə aşağı səviyyəyə çatdığını qeyd edib”, – deyə kanalda yazılıb.

Həmçinin paytaxtın Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ