Moskvada islam bayrağı qaldırıldı – FOTO


Moskvada Əfqanıstan səfirliyi binasının girişinin üstündəki bayraq dəyişdirilib.

Globalinfo.az-ın verdiyi xəbərə görə, indi həmin ərazidə İslam Əmirliyinin bayrağı dalğalanır.

Bayraq İslamın əsas inancı olan Allahın təkliyi və Məhəmmədin onun elçisi olduğunu simvolizə edir. İslamın iman etirafını təcəssüm etdirir.

Qeyd edək ki, 1990-cı ildən bəri (Əfqanıstanda Taliban hakimiyyətə gəldiyi dövr) Rusiya bu ölkənin müstəqilliyini tanımırdı.

Xatırladaq ki, iyulun 3-də Rusiya dünyada Talibanın Əfqanıstandakı hakimiyyətini rəsmən tanıyan ilk ölkə oldu. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ