“İsrailin İrana qarşı əməliyyatının həftələrlə davam edəcəyi gözlənilir”.
Turkustan.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.
Bildirilib ki, Ağ Ev və İsrail rəsmilərinin fikrincə, bu, ABŞ-ın gizli razılığı ilə həyata keçirilir.
“ABŞ Prezidenti Donald Tramp İsrailin planlarından xəbərdardır və onları tam dəstəkləyir. Münaqişənin nə qədər davam edə biləcəyi isə İranın cavabından asılıdır. Tramp administrasiyası qəti şəkildə inanır ki, məsələ ABŞ-la davamlı danışıqlar yolu ilə həll oluna bilər”, – deyə İsrail rəsmilərindən biri qeyd edib.
Xatırladaq ki, ötən gecədən bəri İrandan İsrailə raket hücumunun yeni dalğası başlayıb./Globalinfo.az