Slovakiyada "AirCar 2" uçan idman avtomobili təqdim olunub.
Turkustan.az xəbər verir ki, avtomobilin seriyalı istehsalına 2026-cı ildə başlanacağı bildirilir.
"Top Gear"ın məlumatına görə, avtomobil havada 250 km/saat, yolda isə 200 km/saat sürətlənməyə qadirdir. Uçuş rejiminə keçmək təxminən 80 saniyə çəkir və səmada enerji ehtiyatı 1000 km-ə çatır.
Avtomobilin ilkin sifariş qiyməti 800 min dollardan 1 milyon dollara qədərdir.