Ərdoğandan gözlənilən açıqlama gəldi: “Hazırıq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan söhbət zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sona çatdırılması üçün tarixi bir dönüş nöqtəsinə çatıldığını bildirib və bu fürsətin dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin atəşkəsin və daimi sülhün təmin olunması istiqamətində danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, hər cür töhfəyə hazır olduğunu ifadə edib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarına başlanması və Ukraynanın yenidən qurulması proseslərinin həssaslıqla aparılmasında əməkdaşlığın davam etdirilməsi önəmlidir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ