Pakistanda ölən və yaralananlar var - VİDEO


Hindistanın Pakistana hücumu nəticəsində azı bir uşaq həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Bahavalpur yaxınlığında daha iki nəfər yaralanıb.

Hindistanın Müdafiə Nazirliyi bildirib ki, “terror infrastrukturuna” zərbələr Pahalqamdakı “barbar” terror hücumundan sonra həyata keçirilib.

Pakistan rəsmiləri bildiriblər ki, hava məkanını 48 saat ərzində bütün uçuşlar üçün bağlayır.

Sosial şəbəkələrdə Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrin görüntüləri yayımlanır.


MANŞET XƏBƏRLƏRİ