Rusiyanın 8-11 may tarixlərində müvəqqəti atəşkəs elan etməsi ilə bağlı Ukraynanın xarici işlər naziri Andriy Sybiha: "Rusiya həqiqətən sülh istəyirsə, atəşkəsi dərhal həyata keçirməlidir" deyib.
Turkustan.az xəbər verir ki, Sybiha X hesabında verdiyi açıqlamada Rusiyanın İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümündə müvəqqəti atəşkəs elan etməsini dəyərləndirib.
Rusiyanın 8-11 may tarixləri arasında atəşkəs elan etməsi ilə bağlı Sybiha, "Niyə 8 Maya qədər gözləmək lazımdır?" – deyə soruşub.
O, tələb olunarsa, atəşkəsin hazırda həyata keçirilə biləcəyini vurğulayaraq, "Ukrayna daimi, uzunmüddətli və tam atəşkəsi dəstəkləməyə hazırdır. Biz bunu davamlı olaraq təklif edirik" deyib.
Rusiya administrasiyası İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə mayın 7-8-də gecə yarısından 10-11-də gecə yarısına qədər atəşkəs elan etdiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az