Almaniyanın “Bavariya” klubu yoxlama matçında həvəskarlar liqasında yer alan “Rottach-Egern” komandası ilə qarşılaşıb.
Turkustan.az xəbər verir ki, matçın ilk hissəsində Münhen təmsilçisi rəqib qapısından 18 cavabsız qol keçirib.
Oyun “Bavariya”nın 27:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında 2019-cu ildə keçirilən görüşdə münhenlilər rəqib qapısından 23 cavabsız qol keçirmişdi.
/konkret.az/