Bakıda "Prius taksi"lərə qarşı REYD BAŞLADI? - cərimə meydançasından VİDEO


Bakıda taksilərə qarşı reyd başlayıb.

Turkustan.az xəbər verir ki, avtomobili cərimə meydançasına salınan "Prius" sürücülərindən biri bu barədə sosial şəbəkədə video paylaşıb.

Videoda həmin sürücü bildirib ki, üzərində taksi şirkətinin reklamı olan və taksi fəaliyyəti üçün sertifikatı, buraxılış kağızı olmayan avtomobillər yol polisi tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılır.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis kapitanı Toğrul Nəsirli Lent.az-a bildirib ki, həmin sürücünün avtomobili ötən ildən qalan cəriməyə görə duracağa yerləşdirilib:

"Bununla yanaşı inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib".


MANŞET XƏBƏRLƏRİ