Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir


Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır.

Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, hal hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq.

"Qlobal və xarici iqtisadiyyatlatda kəskin dəyişmələr olmasa, faiz dəhlizinin parametrlərinin dəyişməsinin saxlanmasını nəzərdə tuturuq" - deyə Taleh Kazımov əlavə edib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ