“WhatsApp”ın artan yenilikləri


“WhatsApp”a yeni funksiya gəlir.

Turkustan.az xəbər verir ki, bu barədə “WhatsApp” portalı məlumat yayıb.

Belə ki, məşhur “WhatsApp” messencerində media fayllarına baxarkən reaksiyalar təyin etməyə imkan verən yeni funksiya olacaq.

Qeyd olunur ki, tətbiqin Android əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş beta versiyasında istifadəçiyə baxış ekranından çıxmadan foto və ya videoya reaksiya verməyə imkan verən variant tapılıb.

Portal tərtibatçılarının fikrincə, bu funksiya istifadəçilərin vaxtına qənaət edir və tətbiqi onlar üçün daha rahat edir.

Yeni funksiyaya malik versiyanın yaxın vaxtlarda daha çox insanın istifadəsinə veriləcəyi bildirilir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ