“Ermənistanın “Azərbaycanla təcili danışıqlar aparmaq” istəyi mövcud vəziyyətdə daha çox diplomatik kələyə bənzəyir”.
Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, İrəvanın “təcili danışıq” çağırışının iki məqsədi var:
“İrəvan anlayır ki, sərhəddə yeni eskalasiyanın onlar üçün ağır nəticələri olacaq, hərçənd, vəziyyəti özlərinin gərginləşdirməsi fonunda “təcili danışıq” çağırışının iki məqsədi var:
– “Sülhdən yana” olduqlarını göstərmək və mümkün hərbi gərginlikdə Azərbaycanı ittiham etməkdir;
– Danışıqlarında öz tələblərini yenidən aktuallaşdırmaq: Bakı “təcili danışıqlar”a razı olarsa, İrəvan köhnə istəklərini – “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsiliyi üçün beynəlxalq mexanizmin yaradılması”, qondarma “Bakı-Xankəndi” formatının qurulması və s. – təkrarlayacaq və nəticə etibarilə zaman qazanmağa çalışacaqlar;
Rəsmi Bakı isə Paşinyandan “təcili danışıqlar”a dair təklif almadığını bəyan edib”.