Bakının mərkəzində maraqlı qəza – Maşın mağazaya girdi - VİDEO+FOTOLAR


Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Turkustan.az Yenisabah.az-a istinadla xəbər verir ki, qəza zamanı “Kia Rio” markalı avtomobilin sürücüsü yolun kənarında yerləşən World Telecom mağazasının içərisinə girib. Hadisə nəticəsində sürücü xəsarət alıb, mağazanın ön hissəsi və avtomobil tamamilə sıradan çıxıb.

Qəza şahidləri nəqliyyat vasitəsinin sürətlə hərəkət etdiyini və sürücünün idarəetməni itirərək mağazaya çırpıldığını bildiriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:



MANŞET XƏBƏRLƏRİ