Pakistanda 90 nəfərin böyrəyini satan dəstə üzvləri tutuldu


Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb.

Turkustan.az xəbər verir ki, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan 3 dəstə üzvünün tutulduğunu açıqlayıb. .

Dəstə üzvlərinin əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirdiyini bildirən Xan, “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılır” deyib.

Dəstənin böyrəyini 2,5-5 milyon rupi (256 min-513 min lirə) civarında zəngin insanlara satdığını bildirən Han, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib.

Han indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib.

Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri oktyabrın 3-də yaxalanıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ