İki hərbçimiz faciəvi şəkildə öldü


Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Turkustan.az xəbər verir ki, Salyan şəhəti N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.


MANŞET XƏBƏRLƏRİ