Moskvada azərbaycanlı milyarderlərin bazarında yanğın: yaralılar var – VİDEO


Moskvada azərbaycanlı milyarderlərə məxsus Sadovod bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.

Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus Sadovod bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib.


MANŞET XƏBƏRLƏRİ