Dərnəgül bazarındakı tikinti materialları bazarında baş verən yanğın zamanı poladəritmə zavodunu elektrik enerjisi ilə təmin edən ikidövrəli 110 kV-luq yüksəkgərginlikli elektrik xətti əyilib.
Turkustan.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, sözügedən xəttin altında mühafizə zolağı gözlənilməyib. Yanğın məhz xəttin altında olduğundan dayaq əriyərək deformasiyaya uğrayıb.
Hadisə ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəisi Vaqif Aydınoğlu saytımıza bildirib ki, hadisədən məlumatlıdırlar:
“Sözügedən 110 kV-luq dirəyin deformasiyaya uğraması səbəbindən təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi tam dayandırılıb”.