Kovid-19 epidemiyasından sonra dünyada riyaziyyat və oxumada azalma oldu


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təşkil edilən Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı (PISA), Kovid-19 epidemiyası zamanı dünyada riyaziyyat və oxumada azalma olduğunu ortaya qoyub.

Turkustan.az xəbər verir ki, PISA, Kovid-19 epidemiyası zamanı dünyada təhsildə geriləmə olduğunu açıqlayıb.

OECD 37 üzv ölkə və 44 tərəfdaş ölkə çərçivəsində təşkil edilən PISA testinin nəticə hesabatını dərc edib. Bu nəticələr Kovid-19 epidemiyası zamanı dünyada təhsildə geriləmə olduğunu ortaya qoyub.

Hesabata görə, Almaniya, Hollandiya və İslandiyada 2018-ci ildə keçirilən testlə müqayisədə riyaziyyatda təxminən 25 bal azalma müşahidə edilərkən, dünya üzrə 15 bal azalma qeydə alınıb.

Albaniya 69 balla riyaziyyatda ən böyük azalma göstərib, 39 xalla İordaniya ikinci yerdədir.

Oxuma baxımından dünya üzrə orta hesabla 10 bal azalma olub.

Adətən hər 3 ildən bir edilən sözügedən test epidemiya səbəbiylə gecikdirildi və 2022-ci ildə 15 yaşlı qrupa tətbiq olunub.

OECD tərəfindən 2000-ci ildən tətbiq edilən test 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bacarıqlarını ölçür.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ