“50 yaşdan yuxarı insanlar mal ətindən ehtiyatla istifadə etməlidirlər”


“50 yaşdan yuxarı insanlar bir məşhur ət məhsulunun istehlakını məhdudlaşdırmalıdırlar”.

Turkustan.az “Вечерняя Москва”ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Elena Solomatina danışıb.

Solomatinanın sözlərinə görə, pəhriz məhsulu olmasına baxmayaraq, yaşlı insanlar mal ətindən sui-istifadə etməməlidirlər:

“50 yaşdan yuxarı insanlara bağırsaq problemləri və bədxassəli şişlərin əmələ gəlməsinə meyli varsa, mal əti yeməməyi tövsiyə edirəm. 50 yaşdan sonra həftədə bir dəfə qırmızı ət yemək kifayətdir, gənclər üçün bu normanı həftədə üç dəfəyə qədər artırmağa icazə verilir. Həmçinin sidik turşusu, böyrək daşları diaqnozu qoyulmuş və podaqra problemi olanlar mal ətindən ehtiyatla istifadə etməlidirlər”. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ