Yeni çıxan virus ilk dəfə bir insanda görüldü


Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə donuzlarda aşkar edilən A(H1N2)v tipli qrip virusunun ilk dəfə bir insanda görüldüyünü bildirib.

Turkustan.az xəbər verir ki, UKHSA-nın açıqlamasında bildirilir ki, ailə həkimləri ilə birgə həyata keçirilən rutin milli qrip müayinəsi zamanı tənəffüs əlamətləri olan bir şəxsdə A(H1N2)v virusu aşkar edilib.

Açıqlamada daha sonra UKHSA tərəfindən xəstəyə PCR testinin edildiyi və sözügedən xəstənin sağaldığı ifadə edilib..

Açıqlamada infeksiyanın mənbəyini müəyyən etmək üçün araşdırmaların davam etdiyi və xəstə ilə təmasda olan insanların nəzarətdə saxlandığı qeyd edilib və tənəffüs yoluxucu simptomlar göstərən şəxslərlə təmasda olan şəxslərin müayinədən keçmələri tövsiyə edilib.

Əldə edilən ilk məlumata görə, İngiltərədə görülən A(H1N2)v-nin dünyadakı digər A(H1N2)v-lərdən fərqli olduğu və İngiltərədə donuzlarda rast gəlinən qripə bənzədiyi ifadə edilib.

Açıqlamaya görə, A(H1N2)v 2005-ci ildən bu yana dünya üzrə ümumilikdə 50 nəfərdə müşahidə edilib.

UKHSA rəsmisi Meera Chand, virusun İngiltərədə ilk dəfə insanlarda görüldüyünü təkrarladı və dedi: "Yaxın təmasları izləmək və mümkün yayılmasını azaltmaq üçün sürətlə işləyirik. Müəyyən edilmiş protokollara uyğun olaraq, virusun necə yayıldığını öyrənmək üçün araşdırmalar davam edir. şəxsin infeksiyaya yoluxması və digər əlaqəli halların olub olmadığını qiymətləndirmək" dedi.

Heyvanlardan insanlara keçən viruslara işarə edən baytar həkim Christine Middlemiss, "Ona görə də heyvan sağlamlığı standartları və bioloji təhlükəsizlik çox vacibdir. Biz heyvanlar və insanlar üçün tarama sistemlərimizlə hər kəsi qorumağa çalışırıq" dedi.

Middlemiss, həmçinin təsərrüfat sahiblərinə və operatorlara donuz sürülərində baş verə biləcək xəstəliklərlə bağlı səhiyyə qurumları ilə əlaqə saxlamaları barədə xəbərdarlıq edib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ