Bağırsaq xəstəliyi Alzheimer ilə əlaqələndirilir - ARAŞDIRMA


Müalicəsi olmayan Alzheimer xəstəliyinin 2030-cu ilə qədər dünyada 82 milyondan çox insanı əhatə edəcəyi və müalicə xərclərinin 2 trilyon dollar olacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, Avstraliyadakı Edith Covan Universitetinin araşdırması 400 min insandan əldə edilən məlumatlara əsaslanaraq, Alzheimer və bir çox bağırsaq xəstəlikləri arasında genetik əlaqəni ortaya qoydu. Tədqiqatçılar daha çox paylaşılan genetikanı təhlil etdikdə, xolesterolun oynaya biləcəyi rol kimi Alzheimer və bağırsaq xəstəlikləri arasında digər mühüm əlaqələri tapdılar. Araşdırmanı icra edən Dr. Emmanuel Adevuyi, anormal xolesterin səviyyələrinin həm Alzheimer, həm də bağırsaq xəstəlikləri üçün risk yaratdığına diqqət çəkərək, yüksək xolesterolun mərkəzi sinir sisteminə keçə biləcəyinə və beyində anormal xolesterin mübadiləsinə səbəb ola biləcəyinə dair dəlillərin olduğunu ifadə etdi. Adevuyi, onların araşdırmalarının Alzheimer və bağırsaq xəstəliklərinin birgə meydana gəlməsinin arxasındakı genetika ilə bağlı yeni bir perspektiv təmin etdiyini, xəstəliyin erkən diaqnozunu və müalicənin inkişafına imkan verə biləcəyini söyləyib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ