Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif buraxılış imtahanlarının nəticələrindən narazı qaıan abituriyentlərlə bağlı açıqlama verib.
DİM-dən bildirilib ki, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.
“3 və 10 martda keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub.
Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir”. /modern.az/