Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 77,79 dollara satılır.
Turkustan.az xəbər verir ki, cümə günü 79,26 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 78,76 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 10,08-ə bağlanış vaxtı ilə müqayisədə 1,23 faiz azalaraq 77,79 dollar olub. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 72,80 dollara satılıb.
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Asiya flaqmanı “Arab Light” da daxil olmaqla, bütün regionlarda fevral ayı rəsmi satış qiymətlərini bir barel üçün 2-1,50 dollar azaldıb.
Mütəxəssislər, söz mövzusu qiymət endiriminin son 13 ayın ən böyük enişi olduğunu və bu qərarın emalçıların daha rəqabətli qiymətlər tələb etməsindən sonra gəldiyini bildirir.
Dünyanın ən böyük neft ixracatçısından gələn bu addım, güclü tələb gözləntilərinin davam etdiyi bazarlarda təklifin artıqlaması ilə bağlı narahatlıqlara səbəb olub, qiymətlərə aşağı istiqamətli təzyiq göstərib.
Dünyanın əsas mərkəzi banklarının son 2 ildə inflyasiya ilə mübarizə çərçivəsində həyata keçirdikləri şahin siyasətlərin sona çatdığına dair gözləntilərə baxmayaraq, faiz endirimlərinin ölçüsü və vaxtı ilə bağlı qeyri-müəyyənlik davam edir. Bu vəziyyət neftə tələbat narahatlığına səbəb olur və qiymətlərə təsir edir.
Digər tərəfdən, qlobal neft ehtiyatlarının böyük hissəsini özündə cəmləşdirən Yaxın Şərqdə artan gərginlik bölgədə qlobal təchizat zənciri böhranının baş verə biləcəyi və enerji daşınmalarına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqları gücləndirir. Bu vəziyyət qiymətlərin aşağıya doğru hərəkətini məhdudlaşdırır.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 77,83-78,14 dollar aralığı müqavimət, 77,52-77,21 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.
Eltac/Turkustan.az