Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 83,25 dollara satılır.
Turkustan.az xəbər verir ki, ötən gün 82,99 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,88 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.20-də bağlanış vaxtı ilə müqayisədə 0,44 faiz artaraq 83,25 dollar olub. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 78,28 dollara satılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun bu gün keçiriləcək iclası öncəsi neft qiymətləri yüksəlməyə başlayıb.
OPEC+ ölkələrinin yanvar ayından etibarən həyata keçiriləcək hasilat kvotalarını müəyyən edəcəyi gözlənilir. Qrupun hasilatın azaldılmasını artıracağı gözləntiləri qiymətlərin yüksələn hərəkətini dəstəkləyir.
Digər tərəfdən, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 600 min barel artdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 817 min barel azalacağı idi. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da gözləntilərin əksinə artım ölkədə tələbin azalmasından xəbər verir və qiymət artımını məhdudlaşdırır.
Həmas və İsrailin əsir mübadiləsi və dörd günlük humanitar fasilə ilə bağlı razılaşması tədarüklə bağlı narahatlıqları aradan qaldırdı və 24 noyabrda Qəzzadakı münaqişələrdə humanitar fasilə üçün razılaşma əldə edildikdən sonra fasilə 2 gün uzadıldı. Tərəflərin erkən saatlarda verdiyi açıqlama ilə humanitar fasilənin bir daha uzadılması neft qiymətlərinin yüksəlişini ləngitib.
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 83,54-83,71 dollar aralığında müqavimət, 82,86-82,69 dollar arası isə dəstək sahəsi kimi baxıla bilər.
Eltac/Turkustan.az