Brent markalı neftin barel qiyməti 81,54 dollar oldu


Ötən gün 81,63 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 81,42 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,54-də bağlanış vaxtı ilə müqayisədə 0,15 faiz artaraq 81,54 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 76,56 dollara satılıb.

Neft qiymətlərində istiqamət axtarışları davam edir.

Turkustan.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun bazar vəziyyətini qiymətləndirmək və hasilat siyasətlərini nəzərdən keçirmək üçün bazar günü Avstriyanın paytaxtı Vyanada görüşəcəyi gözlənilirdi. Lakin iclas əvvəlcə noyabrın 30-na təxirə salındı, daha sonra fiziki yox, onlayn keçiriləcəyi açıqlanıb.

Bu vəziyyət qrupun fikir ayrılığına səbəb oldu; Bu, bəzi üzv ölkələrin hasilatı artırmaq istəməsi ilə bağlı fərziyyələrə səbəb olub.

Həmas və İsrail arasında razılaşma ilə Qəzzaya hücumları 4 gün dayandıran, əsir mübadiləsi və humanitar yardıma icazə verən humanitar fasilə başladı. Bunun uzadılıb-uzadılmayacağı ilə bağlı inkişafın qiymətlərə təsir edəcəyi gözlənilir.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin zəifləməsi ilə bağlı məlumatlar qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 81,66-82,15 dollar aralığı müqavimət, 81,17-80,68 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ