Azərbaycanda sement bahalaşdı - VİDEO


Sementin qiyməti yüksəlib.

Xezerxeber.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir.

Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək.

Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7 manat.40 qəpiyə təklif edilməkdədir.

Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


MANŞET XƏBƏRLƏRİ