Səfir kəlbəcərli gənc şairi qəbul edib


Türkiyənin ölkəmizdəki səfiri ilə kəlbəcərli gənc şair arasında görüş olub.

Turkustan.az xəbər verir ki,qardaş Türkiyənin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri professor Birol Akgün, İstanbul Türkiyə- Azərbaycan Dayanışma və Kültür Dərnəyinin Azərbaycandan olan üzvü, Kəlbəcərli gənc şair, ictimai fəal Samir Mustafanı qəbul edib.

Samir Mustafa Azərbaycan Türkiyə qardaşlıq əlaqələrinin dövlət və hökumət rəhbərliyi səviyyəsində olduğu kimi, sadə vətəndaşlar arasındada tarixin ən yüksək dövrünü yaşadığını bildirib.

Türkiyənin son 20 ildə dünyada söz sahibinə çevrilməsi, iqtisadi, siyasi, hərbi sənayedəki uğurlarını bizlərdə yaxından izləyir, sevinclə qarşılayırıq.

Qalib sərkərdəmiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yenidən dirçələn işğaldan azad olunan ərazilərimizdə qardaş ölkə şirkətləri tərəfindən böyük layihələrin uğurlu icrasından məmnunluğunu bildirib.
Samir Musta doğma yurdu Kəlbəcərə Azərbaycanın ən böyük və tarixi layihələrindən olan, Cengiz şirkəti tərəfindən Murov dağının altından keçməklə çəkilən Toğanalı- Kəlbəcər tunelinin uğurlu inşası münasibətilədə şirkət rəhbərləyi başda olmaqla bütün kollektivə uğurlar arzu edərək, minnətdarlığını bildirib.

Sonda Samir Mustafa Vətən Müharibəsində şanlı qələbəmizin 5 illiyinə həsr etdiyi seçilmiş şeirlərindən ibarət yeni nəşirdən çıxan “Zəfər Nəğmələri”adlı dərgini səfirə hədiyyə edib.

Səfir Birol Akgün xoş sözlərə və ziyarətinə görə Samir Mustafaya təşəkkürünü bildirirək, yaradıcılığında yeni- yeni uğurlar arzu edib.


MANŞET XƏBƏRLƏRİ