Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji və Aqrar İnkişaf" İctimai Birliyi tərəfindən 18.07.2025-ci il tarixində "Ağstafa Yazıçılar Evi"ndə 15 nəfərin (icra hakimiyyəti nümayəndələri, fermerlər, iş adamları və DAİM nümayəndələri) iştirakı ilə "Orqanik istehsal və Aqrar İnnovasiyalar" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
QHT.az xəbər verir ki, maarifləndirici görüşdə layihənin rəhbəri Yalçın Hacıyev layihənin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin eksperti, ADAU-nun əməkdaşı Elmir Mahmudov isə orqanik kənd təsərrüfatı və aqrar innovasiyalar sahəsində müasir yanaşmalar, texnologiyalar və tətbiq imkanları haqqında təqdimatla çıxış edib.
Sonda tədbir iştirakçılarına setifikat və ağac tingləri təqdim olunub.