Artıq bir-neçə gündür ki, Azərbaycan Ermənistan sərhədində hərəkətlilik yaşanır.
Ermənistan öz ordusunu Naxçıvan sərhədinə yığmağına baxmayaraq yenə də təşviş içərisindədir. Buna səbəb ermənilərin Azərbaycan ordusunun gücünü artıq çox yaxşı bilməsidir. Artıq sosial şəbəkələrdə yayılan tərs “A” işarəsi ermənilərin panikaya düşməsinə səbəb olub. Onlar bu işarəni Azərbaycanın yeni qələbə simvolu olduğunu düşünür və kökündən həll ediləcəyini yaxşı anlayırlar.
44 günlük müharibə zamanı bütün ümidləri Rusiya və Putin olan ermənilər indi isə ruslara qarşı çıxırlar. Hətta vəziyyət o qədər gərginləşib ki, Zaxarovaya “hansısa bir katibə” deməkdən belə çəkinmirlər. Bu artıq ermənilərin özlərinə başqa bir arxa-dayaq tapdıqlarını göstərir. İllərdir Rusiyanı özlərinə arxa hesab edəm ermənilər artıq onların zəyif gördüyü üçün Qərbə meyil göstərirlər. Qınamıram onları, tarix boyu elədikləri hərəkətdir. Kim güclüdürsə onun yanında olmağa çalışırlar.
Ermənistan Xarici İşləri Nazirliyi bəyanat yayır ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma, bu tərəfdən də sərəhəddə insident yardırlar. Bu hərəkətləri ilə özlərini AB-nin və digər Beynəxalq qurumlara məsum göstərərək biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq amma, onlar Xankəndidə olan separatçıları acından öldürür kimi göstərmək istəyirlər. Amma Xankəndidə “acından ölən” ermənilər özlərinə yüksək səviyyədə toy edirlər. Bu necə olur bəs? Bunu da açıqlayın. Özləri uydurduğu yalana özləri belə inanmır.
Qaldı ki, ABŞ-ın Ermənistan yaxınlaşmasına bu Qafqazda ikinci Ukranya münaqişəsi yaratmaq deməkdir. Amma onlar anlamalıdır ki, Azərbaycan onların sözü ilə hərkət etmir, və müharibəyə maraqlı deyil. Buna görə də ABŞ-ın bu istəyi baş tutmayacaq. Çünki biz ermənilərdən fərqli olaraq, nə Rusiyadan nə də, ABŞ-dan heç bir təmənnamız yoxdur. Bizim yanımızda qardaş ölkə Türkiyə olduqdan sonra heç kimə ehtiyacımız yoxdur. Türkün dostu və mütəffiqi yalnız Türkdür.
Əllbbət də bir vətəndaş kimi müharibə olmasını istəmirəm. Amma müharibə olacağı təqdirdə bu ermənilərin sonu olacaq.
Eltac/Turkustan.az