Dünya tarixinin Turan dövrü


Ələsgər Siyablı

(əvvəli "Türküstan" qəzetinin əvvəlki saylarında)

Landsberger Ankara universitetinin jurnalında dərc etdiyi məqalədə 3-cü min­il­liyə aid sumer sənədlərində mədəni baxımdan önəmli əhəmiyyətə malik əkin­çi­li­yə aid apin (xış), engar (cütçü), uluşin (buğda pivəsi), nimbar (xurma ağacı), nu­ka­rib (bağban), taskarin (fıstıq ağacı) sözləri, simug (dəmirçi), tibira (metalçı) kimi ter­min­lərin, Buran, İdiqla, Hubur kimi çay adlarının sumercə olmadığını iddia edir­di. Landsberqer əkinçilik metodları və istehsalla əlaqədar vərdişlərin sumerlərə de­yil, onlardan öncəki sakinlərə aid olduğu haqda tezisin müəllifidir. O Sumer ol­mayan bu qədim sakinləri protoefratlar adlandırmışdır. Arxeoloqlar Sumerdə aş­kar edilən qədim mədəniyyəti Ubeyd mədəniyyəti adlandırmışlar və bu ilkin mə­dəniyyətin sumer olmayan protoefvfratlara aid olduğu fikrini irəli sürmüş­lər”. (Kra­mer S. 1963, Səh. 41)

Sumerlərin dillərində və yer adlarında mövcud olan qeyri sumer sözlərinin İki­çay­arasının sumerlərə qədərki daha qədim sakinlərinə aid olması və sumerlərin mi­xi yazı sistemini və digər mədəniyyət ünsürlərini özlərindən əvvəl mövcud olan daha qədim avtoxton xalqdan əxz etdikləri haqqındakı elmi mübahisələr uzun illər ərzində davam etmişdir.

Oksford Universitetinin 1970-ci ildə nəşr etdirdiyi 9 cildlik “Qədim tarix” adlı fun­damental əsərdə B.Landsberqerin İkiçayarasının sübstrat dili və sumerəqədər­ki “protoevfrat” xalqı nəzəriyyəsi ilk dəfə elmin son naliyyətləri əsasında elmi də­lil­lərlə təkzib edilmişdir. Həmin əsərin 1-ci cildində yazıldığına görə “bəzi bilim adam­ları samilərin İkiçayarası regionunda sumerlərdən daha qədim tarixə malik ol­duqlarını və onlara önəmli təsir göstərdiklərini iddia edirlər. Lakin bütün bu id­dialar gerçəklikdən çox uzaqdır və faktlarla təsdiq olunmur”. (The Cambridge Ancient History. Prologemona and Prehistory. V 1, P 1, 1970, Səh. 147)

Assurologiya elmində belə bir fərziyyə irəli sürülmüşdür ki, Babilin, yəni Me­so­potamiyanın mədəni varislik prosesində tarixi ardıcıllıq baxımından bir fasilə möv­cuddur və bu fasilə regiona sumerlərin gəlişi ilə əlaqədardır. Bu görüşə görə Su­merlər İkiçayarasına m ö. IV minilliyin son dövründə Ubeyd mədəniyyəti başa çat­dıqdan və ya III minilliyin başlarına aid Uruk və Cəmdət Nəsr mədəniyyət­lə­rin­dən sonra gəlmişlər və onların gəlişi boyalı saxsı qablardakı ornament dəyi­şik­li­yi ilə də təsdiq olunur. Lakin Oksford univeristetinin dərc etdiyi əsərdə əks olun­du­ğu kimi Babildə son illərin arxeoloji araşdırmaları nəticəsində məlum olmuş­dur ki, burda qədim məskənlərin mövcudluğu Ubeyd mədəniyyətindən daha er­kən dövrlərə aiddir və mədəniyyətlərdəki varislikdə hər hansı bir fasilə mövcud de­yil. Məsələnin mahiyyəti bundan ibarətdir ki, saxsı qablar və inşaat üslubunda baş verən dəyişikliklər etnik mənsubiyyətdə və dildə hər hansı bir dəyişikliyin baş verdiyinin göstəricisi deyil.

Müasir dövrün sumeroloqlarından olan D.Pottun qənaətinə görə Spayserin mü­hakimələrinin bir çoxu saxtadır və xüsusən də onun Cəmdət Nəsr mədəniy­yə­ti­nin (m.ö. 3100-2900) etnik mənşəyi haqqındakı fikirləri yanlışdır. Bununla belə onun mühakimələri bu gün də özünə bir çox tərəfdar toplamış və B.Lands­ber­qe­rin geniş təqdirinə və şərhinə səbəb olmuşdur.

Kembric “Qədim tarix”in müəllifləri “protoevfrat” nəzəriyyəsinin əsassızlığını ar­xeoloji və antropoloji dəlillərlə sübut edərək yazırdılar ki, əldə olan nümunələrə əsa­sən ən erkən dövrlərdən etibarən Mesopotamiya insanlarının malik olduqları an­tropoloji tiplərin ümumi varisliyini izləmək mümkündür. Bütün məlum yaş sə­viy­yələrində Qafa tasları bənzər dolixokefal və braxikefal qarışımından ibarət ey­ni tipə malikdirlər. (The Cambridge Ancient History, 1970, Səh. 151)

Həmin əsərdə yazıldığına görə Sumerlərin samilərdən daha öncə İkiçaya­ra­sın­da məskunlaşdıqlarını sübut edən başlıca dəlillərdən biri Sumer şəhərləri yaran­ma­dan öncə bu ərazidə mövcud olan Fərat, Dəclə, Habur, Balikh çaylarının və on­ların çoxsaylı qollarının adlarının sumercə olmasıdır. Əgər bu çayların hər han­sı birinin qədim adı sami dilində olsaydı, o zaman samilərin sumerlərdən öncə və ya onlarla eyni zamanda İkiçayarası ərazisinə gəldikləri sübut edilmiş olardı. La­kin belə bir sübut möcud deyil. Qədim dünyanın digər hissələrində olduğu kimi Me­sopotamiyada da çay adları həmin ərazidə ilkin məskunlaşmış qədim xalqa məx­sus dilin daşıyıcılarıdırlar.

Sumer dilində Fərat çayının adı Buran adlanır, alman sumeroloqu Delitç sözün kö­künün sumercə Bur olduğunu və mənasını “güclü su qaynağı” kimi tərcümə edir, onun fikrincə Habur çayının adı da bu sözdən yaranmadır və eyni məna kəsb edir. Türk dillərində kökü Bur olan və su ilə əlaqədar “burulğan”, “boran” kimi söz­lər mövcuddur.

Dəclə Sumercə İdiqna adlanır və Delitç bu sözü “axan çay” kimi tərcümə edir. Ha­bur adı Sumercə Hen-bur, Habburu sözündəndir və Sumercə Hubur şəklində ifa­də olunur, mənası “çiçəklənən gövdə” deməkdir. Sumerdə Hubur yeraltı dün­ya­nın “məhsuldar çayı”nın adıdır. Mesopotamiyada Balix çayının adı Sumercə Çay tanrısının adıdır və kralların siyahısında tanrı ünvanına malik olub Tufandan son­ra Kişin ilk kralı olmuş Etananın oğlu kimi qeyd olunmuşdur. Balix Etanadan son­ra Kişin kralı olmuşdur. (The Cambridge Ancient History, T 1, 1971, Səh. 148)

Öküz də qədim türkcədə çay anlamı daşıyıb və həmçinin öküz-buğa deməkdir.

Balix-qədim zamanlarda Mesopotamiyanın şimalında çay idi və Harranın ya­xın­lığından axaraq Fərata birləşən qolu idi. Balix şəhəri isə Sumerin qədim Ubeyd döv­ründə həmin çayın sahilində yerləşirdi. Qədim türk dilində də Balik çay an­la­mın­dadır və Turanın qədim Bəlx şəhərinin adı da bu çay adından götürülmüşdür. Bul­qar türklərinin adı da Balik adından Baliqer, yəni çay xalqı deməkdir.

Həmdullah Qəzvininin 1340-cı ildə yazdığı “Nüzhət ül-Qülub” əsərində Gü­ney Azərbaycanın Savə bölgəsində Qutluq Baliğ (müqəddəs şəhər) adlı şəhərin adı­nı çəkir.

İskitlər Azov dənizini Karbalık adlandırırdılar. Bu sözün mənasını indiyədək müx­təlif şəkildə, o cümlədən “böyük balıq” kimi izah edirlər. İ.Miziyev bu sö­zün mə­nasını “çoxlu, bol” balıq kimi izah edir. Lakin sakların Azov dənizinə verdik­lə­ri Karbalık adının indiyə qədərki izahları yanlışdır. Baliq sözü Sumer dilində su və çay adı ilə əlaqədar olub həmçinin çay sahili, sulu yer, bataqlıq mənaları da da­şıyır. Qədim türk dilində də Baliq çay sahilində salınmış şəhər anlamı ilə yanaşı lil, lehmə, zığ, palçıq, yəni sulu bataqlıq yer anlamındadır. (ДТС, 1969, Səh. 8)

Məlum olduğu kimi Azov dənizinin sahilləri böyük bataqlıq ərazilərdən iba­rət­dir və məhz buna görə də turanlı iskitlər bu dənizi böyük bataqlıq anlamında Kar­balık adlandırırdılar.

Müasir dövrün görkəmli assuroloqu Gonzalo Rubio sumer dilinin müasir araş­dır­ma nəticələrinə əsasən Landsberqerin və Kramerin sumer dili ilə əlaqədar “sub­strat” nəzəriyyəsinin əleyhinə çıxır və bu məsələ ilə əlaqədar irəli sürülən fi­kir­ləri təhlil edərək yazır: “Landsberqerin proto-efrat sözləri kimi təqdim etdiyi söz­lərin etmologiyasına sumer dilinin müasir araşdırması səviyyəsində yana­şıl­dı­ğı zaman onların sumer kökənli olduqları meydana çıxır. Məsələn, onun proto-evf­rat dilinə aid etdiyi “bahar” sözünün mənası su sincabı olub, sami dilində “bhr” kökündən yaranıb mənası “qazmaq” deməkdir. Dyakonov da “banana” sö­zün­də olduğu kimi təkrarlanan hecalardan ibarət olan sumer sözlərinin bu dilə aid olmadığını qeyd edir. Emberlinq sumer dilindəki “banana” və ya təkrarlanan he­calardan ibarət sözlərin başqa bir qeyri sumer dilinə aid olduğu fikrini rədd edir və bu sözlərin adlandırma praktikası gedişində və inzibati stenoqrafiyası ilə əla­qədar yarandıqları fikrini irəli sürür, onların akkad adları ilə əlaqədar olduğu­nu bildirir”. (G.Rubio. Journal of Cuneiform Studies. Vol. 51, 1999, Səh. 2-3)

(davamı var)


MANŞET XƏBƏRLƏRİ