Yer İsrail: Səfirlik binasındakı Türkiyə bayrağı yarıya qədər endirildi - FOTO


HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra elan edilən 1 günlük milli matəm səbəbilə Türkiyənin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyində dalğalanan Türkiyə bayrağı yarıya endirilib.

Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum nəticəsində həyatını itirib. HƏMAS və İran hücuma görə İsraili məsuliyyət daşısa da, Təl-Əviv rəhbərliyi sui-qəsdin məsuliyyətini rəsmi olaraq üzərinə götürməyib. Lakin İsrail onlara qarşı ittihamları rədd etməyib.

Türkiyə Haniyənin öldürülməsindən sonra sərt açıqlamalar versə də, milli matəm günü də elan edib. Bu mövzuda; İsrailin paytaxtı Tel-Əvivdəki Türkiyə səfirliyində dalğalanan Türkiyə bayrağı Haniyənin öldürülməsindən sonra elan edilən milli matəm səbəbilə yarıya endirilib.

Türkiyə ilə İsrail, normallaşma addımları çərçivəsində illər sonra qarşılıqlı olaraq səfir təyin etdi. 2023-cü il oktyabrın 7-dən sonra İsrailin Qəzzada həyata keçirdiyi qırğınlar səbəbindən iki ölkə arasında gərginlik yenidən artıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ