Türkiyədən Qəzzaya humanitar yardım aparan 9-cu gəmi Əl-Ariş limanı sahillərindədir


Türkiyədən Qəzzaya çatdırılmaq üçün 3 min 774 ton humanitar yardım materialı ilə yola salınan "9-cu Xeyirxahlıq Gəmisi" Misirin Əl-Ariş limanı sahillərinə çatıb. Yardım ləvazimatları Rəfah vasitəsilə Qəzzadakı Fələstin xalqına çatdırılacaq.

Turkustan.az xəbər verir ki, Aprelin 16-da Mersin Limanından yola salınan gəmi Türk Qızıl Aypara Cəmiyyətinin verdiyi ərzaq, uşaq ləvazimatları, yataq çantaları və un kimi ehtiyaclarla yola çıxaraq Aralıq dənizindəki səyahətini tamamlayır.

Misir sahillərində yanacaq doldurduqdan sonra yoluna davam edən 9-cu Xeyirxahlıq gəmisi Qəzzaya ən yaxın bölgə olan Əl-Ariş limanına çatıb.

Prosedurlardan sonra gəmi daşıdığı təcili ləvazimatları boşaltmaq üçün limana yanaşacaq.

3 min 774 ton humanitar yardım materialı yük maşınlarına yüklənərək Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzada olan Fələstin xalqına aparılacaq.

Türk Qızıl Aypara və AFAD ilə əməkdaşlıq çərçivəsində indiyədək 13 təyyarə və 8 gəmi ilə Qəzzaya ümumilikdə 39 min 697 ton müxtəlif humanitar yardım materialı çatdırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ