Yunanıstan: "Türkiyənin reaksiyasına baxmayaraq, təslim olmayacağıq"


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyənin reaksiyasına baxmayaraq Egeydə dəniz parkı layihəsindən vaz keçməyəcəklərini bildirib. Müsbət gündəmə diqqət ayırdıqlarını deyən Mitsotakis Ankaranın reaksiyasının onu təəccübləndirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Yunanıstanın baş naziri Miçotakis Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə ilə bağlı sammitin nəticələrinin həm Yunanıstan, həm də Kipr Rum tərəfi üçün qənaətbəxş olduğunu bildirən Miçotakis, "Türkiyə-Avropa İttifaqı əlaqələrindəki irəliləyişin Kipr məsələsindəki inkişaflardan da təsirləndiyi aydındır" dedi.

Prezident Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşünün tarixinin mayın 13-ü olaraq təyin olunduğunu bildirən Miçotakis, jurnalistlərin sualları əsasında Yunanıstanın Egeydə dəniz parkı elan etməsinə Türkiyənin reaksiyasını da dəyərləndirib.

Mitsotakis, "Türkiyənin ətraf mühitlə bağlı təşəbbüsə bu tamamilə üzrsüz reaksiyası məni də təəccübləndirir. Yunanıstan Afinada keçirilən Okeanlar Konfransında söz verdiyi kimi bu dəniz parklarını tikəcək" dedi.

Türkiyə-Yunanıstan əlaqələrinin yaxşılaşmasının Türkiyənin Egey və Aralıq dənizindəki dəniz yurisdiksiyası əraziləri ilə bağlı fikirlərini dəyişmədiyini bildirən Miçotakis bu fikirlərin Yunanıstan üçün ciddi problem yaratdığını qeyd edib.

"Lakin bu, bizim aramızda böyük fikir ayrılıqları olan məsələlərdən daha çox müsbət gündəmə , görüşə və ümumi müsbət atmosfer yaratmağa daha çox sərmayə qoymağa mane olmur ", - Mitsotakis bildirib .

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ