İran dövlət televiziyası: “İsrailin hücumu zamanı nüvə obyektlərinə ziyan dəyməyib”


İsrail günlərlə gözlənilən cavab hücumunu həyata keçirərkən İranın bir çox nüvə obyektlərinin yerləşdiyi İsfahan vilayətini hədəfə alıb. 3 pilotsuz təyyarə ilə həyata keçirilən hücum dünyanı narahat edərkən, İran dövlət televiziyası nüvə obyektlərinə heç bir ziyanın olmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İranın 300-ə yaxın raket və PUA ilə həyata keçirdiyi "Əsl vəd" əməliyyatı İsraili çox əsəbiləşdirsə də, Tel-Əviv rəhbərliyi gecə saatlarında İsfahana cavab hücumu keçirib.

İsrailin bir çox nüvə obyektlərinin yerləşdiyi İsfahan vilayətinə 3 pilotsuz təyyarə ilə hücumu dünyanı təşvişə salsa da, İran dövlət televiziyasından təsəlliverici açıqlama gəlib.

Açıqlamada İsrailin həyata keçirdiyi hücum zamanı bölgədəki nüvə obyektlərindən heç birinin zədələnmədiyi və narahatlığa əsas olmadığı vurğulanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ