Paşinyanın illər əvvəl Qarabağla bağlı yazdıqları… – O, qəhrəman deyil!


Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərə daha soyuq başla yanaşır. Hətta ötən gün verdiyi açıqlamalarda ermənilərə sülhün alternativinin müharibə olduğunu izah edib. O xüsusilə Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasının zəruriliyinə diqqət çəkib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Nikol Paşinyan 44 günlük müharibədən sonra daha loyal bəyanatlar verməyə başlayıb:

“Qazaxın 4 kəndinin hərbi əməliyyat olmadan, dinc yolla qaytarılması gələcəyə ümidləri artırır.

Ümumiyyətlə, Paşinyan region və onun tarixi ilə bağlı reallıqları anlayır. O, siyasətə gəlməmişdən əvvəl jurnalist kimi fəaliyyət göstərib. Yazılarında da Qarabağ həqiqətləri ilə bağlı tarixi faktlara toxunub. Dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğuna eyham vurub. O, erməni ictimai şüuru ilə işləməyi bacarır. Bu da onun jurnalist fəaliyyətindən irəli gəlir”.

Kənan Novruzovun sözlərinə görə, Nikol Paşinyanın hazırkı siyasəti Azərbaycanı qane edir:

“O, Qarabağ yükündən azad olub. Lakin hazırkı durum Paşinyanın qəhrəman obrazında olduğunu deməyə əsas vermir. Onu bu reallıqla barışmağa Azərbaycan, Ordumuz məcbur edib. Paşinyan anlayır ki, ermənilərin xilası Azərbaycanla sülhdən asılıdır”.


MANŞET XƏBƏRLƏRİ