İsrail ordusu Livanın cənubunda Hizbullahın 3 məntəqəsinə hücumlar təşkil etdiyini açıqladı


İsrail ordusu Livanın cənubunda Hizbullahın üç məntəqəsinə hava zərbələri endirib.

Turkustan.az xəbər verir ki, İsrail Ordusunun X hesabından məsələ ilə bağlı açıqlama verilib.

Açıqlamada Livanın cənubundakı Ayta əş-Şaab, Mervahin və Tayr Harfa bölgələrinə edilən hücumlarda Hizbullahın hərbi binaları və infrastrukturunun hədəf alındığı bildirilib.

Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib.

İsrail ordusu iləHizbullah8 oktyabr 2023-cü il tarixindən bu yana davam edən qarşıdurmalarda 287 Hizbullah üzvü, 56 livanlı mülki şəxs, 18 Amal Hərəkatı, 13 HƏMAS, 12 İslami Cihad üzvü, 7 mülki İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ