Ərdoğan və Özgür Özəl bu gün görüşəcək


Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəli AK Partiya Ümumi Qərargahında qəbul edəcək. Görüşdə yeni konstitusiya işlərinə əlavə olaraq iqtisadiyyat, iş həyatında baş verənlər və İsrailin Qəzzada törətdiyi qırğınların müzakirə ediləcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğanın CHP sədri Özəllə görüşündə aktual mövzular olacaq. Parlamentdə müzakirə trafiki başlayıb. İclasda yeni konstitusiya araşdırmalarında son vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Görüşdə İsrailin Qəzzada törətdiyi qırğınlar və daimi sülhə nail olmaq üçün atılan addımların da dəyərləndiriləcəyi gözlənilir. Görüşdə Özgür Özelin Fələstinlə bağlı liderlərə yazdığı məktub və yaxın günlərdə Fələstinə səfəri barədə danışacağı gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ