Ən çox çirklənməyə səbəb olan markalar açıqlandı


Kanadalı tədqiqatçılar belə qənaətə gəliblər ki, dünyada ən çox plastik çirklənməsinə səbəb olan dünyaca məşhur brendlər Coca Cola və PepsiCodur.

Turkustan.az xəbər verir ki, Kanadanın Dalhousie Universitetinin tədqiqatçıları dünyada ən çox plastik çirklənməsinə səbəb olan markaları araşdırıblar .

“Science Advances” jurnalında dərc olunan araşdırma 2018-2022-ci illər arasında 84 ölkədən plastik çirklənmə yoxlamaları və məlumatlardan istifadə etməklə hazırlanıb.

Araşdırmada tədqiq edilən tullantıların az qala yarısının "hansı şirkətin istehsal etdiyi" nin bəlli olmadığı bildirilsə də , mənbəsi müəyyən edilən tullantılarda Coca Cola və PepsiCo plastik çirklənməsinin yüzdə 11-nə səbəb olan dünyaca məşhur markalar olaraq qeyd edildi.

Plastik çirklənməsinə səbəb olan qlobal brendləri sırasıyla 3 faizlə Nestle və Danone və yüzdə 2 ilə Altria izləyir.

Bu şirkətlər müəyyən edilmiş tullantıların demək olar ki, 25%-ni təşkil edir.

"Bu firmalar dünyanın ən böyük şirkətlərindən bəziləridir və onların dünyanın hər ölkəsinə çıxışı var" dedi tədqiqatçı Tony Walker dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ