Gürcüstanda nümayişlər münaqişəyə çevrilib


Gürcüstanda “Xarici təsirin şəffaflığı” qanun layihəsinə qarşı davam edən nümayişlərdə 63 nəfər saxlanılıb, 6 polis əməkdaşı yaralanıb.

Turkustan.az xəbər verir ki, "Xarici təsirin şəffaflığı " qanun layihəsinin ölkədə ifadə azadlığını məhdudlaşdıracağı və vətəndaş cəmiyyəti təşkilatlarını sıxışdıracağı səbəbilə etiraz aksiyaları aprelin 15-dən davam edir . Nümayişçilər ötən gün axşam saatlarında paytaxt Tbilisidə parlament binası qarşısında qanun layihəsinin yenidən parlamentə təqdim edilməsinə və müzakirəyə çıxarılmasına reaksiya veriblər. Bu arada polislə etirazçılar arasında dava düşüb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ