Hizbullah İsrailin hərbi obyektlərinə hücum təşkil etdiyini açıqladı


Hizbullah Livanın cənubundan sərhəd bölgəsində İsrail hərbi obyektlərinə 5 hücum təşkil etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Livanda İranın dəstəklədiyi Hizbullah Hərəkatı İsrailə qarşı hücumları ilə bağlı bəyanat yayıb.

Açıqlamada qeyd olunub ki, İsrail sərhədində yerləşən Branit bazası müxtəlif vaxtlarda İran istehsalı olan Burkan raketləri, idarə olunan raketlər və artilleriya atəşi ilə 3 dəfə vurulub.

İsrailin Metula qəsəbəsi və Ramya hərbi mövqeyinin də raket və artilleriya atəşi ilə hədəfə alındığı, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.

Digər tərəfdən İsrail ordusu Livandakı bəzi Hizbullah hədəflərinə hücuma keçdiyini açıqlayıb.

İsrail ordusundan verilən açıqlamada, döyüş təyyarələrinin Livanın cənubundakı Hiyam, Mənsuri, Alma əş-Şaab və Yatr qəsəbələrində Hizbullah hədəflərinə hava zərbələri endirdiyi qeyd edilib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən sərhəd xəttində davam edən qarşıdurmalarda 276 Hizbullah üzvü, 54 Livan vətəndaşı, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ