Hakan Fidandan İsrail rəsmiləri ilə bağlı açıqlama


Xarici işlər naziri Hakan Fidan “Beynəlxalq hüququ və bütün bəşəri dəyərləri tapdalamağa davam edən İsrail rəsmiləri artıq dünya ictimai rəyinin vicdanında qınanıb” deyib.

Turkustan.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan sosial media hesabındakı paylaşımında Türkiyənin Fələstin xalqının yanında olmağa davam edəcəyini və Qəzzada törədilən qətliamın günahkarlarının məhkəmə qarşısına çıxarılması üçün var gücü ilə çalışacağını bildirib.

Nazir Fidan paylaşımında bunları qeyd edib:

"Millətimizin liderlərindən siyasi alət kimi istifadə etmək kimi ehtiyatsızlıq nümayiş etdirən İsrail siyasətçilərinin maskaları indi tamamilə yerə yıxılıb. Beynəlxalq hüququ və bütün bəşəri dəyərləri tapdalamağa davam edən İsrail rəsmiləri artıq dünya ictimaiyyətinin vicdanında qınanıblar. Qətl edənlərin qanun qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyirik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ