Sisinin tankla çəkdirdiyi foto İsraili narahat etdi

Misir prezidenti Əbdülfəttah əs-Sisinin Misir Hərbi Akademiyasında iştirak etdiyi təlim kursu zamanı Misir əsgərləri İsrail ordusuna məxsus Merkava tanklarının zəif nöqtələrini araşdırarkən kameralara tuş gəlib.

Turkustan.az xəbər verir ki, Hizbullaha yaxın olan və Livanda nəşr olunan “Əl-Əhbar” qəzetinin Misir hərbi mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, bu, Misirin döyüşmək qabiliyyətinə malik olduğu və İsrail silahlarını təfərrüatlı şəkildə araşdırdığı mesajı idi.

Xəbərdə israillilərin məsələni “iki tərəf arasındakı münasibətlərin xarakterinə uyğun olmayan” hesab etdikləri və fotoşəkillərin silinməsini istədikləri bildirilib. Qeyd olunub ki, Misir Prezidentinin Mətbuat Xidməti tərəfindən sosial mediada paylaşılan görüntülər silinib. Paylaşım İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərinə qarşı hərbi əməliyyat keçirib-başlatmayacağı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda baş tutub. Misir administrasiyası əvvəlki açıqlamalarında Rəfahda mümkün əməliyyata qarşı çıxsa da, Fələstin məsələsinin öz ərazisinə daşınmasının qırmızı xətlərin olacağını bildirmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Eltac Zülfüqaroğlu/Turkustan.az

MANŞET XƏBƏRLƏRİ