Ukrayna Türkiyədən xahiş etdi: Zelenski və Putin...


Türkiyədən Zelenski ilə Putin arasında və Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik.

Turkustan.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Ukrinform" agentliyinə müsahibəsində deyib.

“Biz bu görüşə hazırıq", - Sibiqa bildirib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Hakan Fidan Ukrayna ilə bağlı həm texniki, həm də liderlər səviyyəsində danışıqlar təşkil etməyə hazır olduqlarını söyləmişdi./axar.az


MANŞET XƏBƏRLƏRİ