ABŞ və İran nümayəndələri arasında görüş baş tuta bilər


Türkiyə, Misir və Qətər hakimiyyətləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla İran nümayəndələri arasında Ankarada görüşün təşkili üzərində işləyir.

Bu barədə "Axios" portalı məlumat yayıb.

Görüşün yaxın günlərdə baş tutması gözlənilir.

ABŞ administrasiyasındakı başqa bir mənbənin sözlərinə görə isə, Donald Tramp administrasiyası müxtəlif kanallar vasitəsilə İrana razılaşma məqsədilə görüşə hazır olduğunu çatdırıb.


MANŞET XƏBƏRLƏRİ