Paşinyandan Ter-Petrosyana SƏRT MESAJ - Vaxtilə qaçdınız ...


Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter- Petrosyanı sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, Baş nazir “Facebook” hesabında bu barədə yazıb:

“Hörmətli Levon Ter-Petrosyan, 1996-cı ildə seçkilərin nəticələrindən qaçdınız, 1998-ci ildə hakimiyyətdən qaçdınız, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi nə istədiyinizi başa düşürəm, lakin görünür ki, bu dəfə qaçmaq üçün yer tapa bilmirsiniz. Ehtiyac da yoxdur: sadəcə sakitləşin və Ermənistan Respublikasında bərqərar olmuş dinc həyatdan zövq alın. Hamımıza xoş gün arzulayıram.”

Qeyd edək ki, Ter-Petrosyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara qarşı çıxıb. O, Rusiyanı hərəkətə keçməyə çağırıb. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ