Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Turkustan.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm".
Qeyd edək ki, avqustun 26-sı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.