Kanada ABŞ-a qoşulmağa qərar verərsə, Qızıl Qübbə raketdən müdafiə sistemi üçün pul ödəməli olmayacaq.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində qonşularına belə "şirnikləndirici" təklif edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, Kanada hakimiyyətinə deyib ki, əgər Kanada müstəqil və “qeyri-bərabər millət” olaraq qalsa, “gözəl” Amerika raketdən müdafiə sistemindən istifadə 61 milyard dollara başa gələcək.
“Lakin onlar arzu edilən 51-ci ştata çevrilsələr, xərc sıfır dollar olacaq”, - Tramp yazıb və əlavə edib ki, ölkə hakimiyyəti “təklifi nəzərdən keçirir”./publika.az